Luka Yoviç Serbiyanı son anda xilas edib
Almaniyada futbol üzrə keçirilən Avro-2024-də daha bir oyun başa çatəb. Söhbət C qrupunun Münhen şəhərindək "Allianz Arena"da baş tutan Sloveniya - Serbiya matçından gedir. Gərgin mübarizə şəraitində keçən bu oyunda qalib aşkarlanmayıb. Tərəflər hərəyə bir qol vurmaqla meydanı sülh şəraitində tərk ediblər - 1:1. İlk yarısı qolsuz bərabərliklə bitən bu oyunda hesabı 69-cu dəqiqədə slovenityalı müdafiəçi Jan Karniçnik açıb - 1:0. Lakin məğlubiyyətlə barışmaq istəməyən Serbiya milisi sonadək mübarizəni davam etdirib və sonda istəyinə çata bilib. Qarşılaşmanın əlavə edilən vaxtında (90+5) serb futbolçu Luka Yoviç bərabərlik qolunu vurmaqla komandasını məğlubiyyətdən xilas edib.
Bununla da ilk turda Danimarka ilə sülh (1:1) bağlayan Sloveniya qrupda ikinci, startda İngiltərəyə minimal hesabla (0:1) uduzan Serbiya isə birinci heç-heçəsini edib.
Yeri gəlmişkən, bu komandalar rəsmi oyunlarda 5-ci dəfə qarşılaşıb. Hərəyə bir dəfə qalib gələn rəqiblər qalan 3 oyunda heç-heçə edib.
C qrupunda keçirilən digər oyunda isə Danimarka ilə İngiltərə üzləşir. Hazırda oyun davam edir. Hesabsa bərabərdir - 1:1. İngiltərədən Harri Kevin (18) Danimarkadan isə Yumann (34) fərqlənib.
Gecə saatlarında isə B qrupunda İspaniya - İtaliya matçı olacaq. Bu cütün qalibi adını Avro-2024-ün pley-offuna yazdıracaq. İlk pley-offçu A qrupuna liderlik edən Almaniya millisidir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.