"Alman maşını" Avro-2024-ün pley-offunda
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatı davam edir. Dünən çempionatın A qrupunda iki oyun keçirilib və bununlada həmin qrupda ikinci tura yekun vurulub.
Günün diqqət çəkən oyunu Ştutqart şəhərindəki "MHP Arena"da baş tutub. Çempionata ev sahibliyi edən Almaniya millisi həmin arenada Macarıstanla qarşılaşıb. Qeyd edək ki, ilk oyunda Şotlandiya millisini əzən (5:1) "Alman maşını" bu dəfə isə Macarları üstələyib - 2:0. Bununla da ilk iki oyundan sonra 6 xal toplayan Almaniya millisi Avro-2024-un pley-offuna adlayan birinci komanda olub. Vurulan qollara gəlincə, matçın 22-ci dəqiqəsində Camal Musial türk əsilli komanda yoldaşı İlkay Gündoğanın ötürməsinı qola çevirib - 1:0. 67-ci dəqiqədə isə Gündoğan özü səhnəyə çıxmaqla hesabı 2:0-a çatdırıb. Mütəxəssislərin rəyinə görə, Avro-2020-də mübarizəni 1/8 finalda dayandıran, DC-2018 və DC-2022-də isə heç qrup mərhələsini keçə bilməyən "Alman maşının" sükanı təcrübəli mütəxəssis Yulian Naqelsmanin əlində olduğu üçün inamla irəliləyir.
Dünən qrupda Şotlandiya və İsveçrə arasında keçirilən digər oyunda isə tərəflər meydanı hərəyə bir qolla tərk ediblər. Kölndəki "Rhein Enerqie Stadion"da baş tutan oyunda Şotlandiyadan Maktominay (13), əks tərəfdənsə Şakiri (26) fərqlənib.
Bu gün çempionatda daha üç oyun keçiriləcək. C qrupunda Sloveniya - Serbiya və Danimarka - İngiltərə, B qrupundasa İspaniya - İtaliya qarşılaşması olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.