Albaniyalı Klaus Qyasula hər iki qapıya qol vurub
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatı (Avro-2024) davam edir. Çempionatın 6-cı gününə B qrupunda yer alan Xorvatiya ilə Albaniya arasında keçirilən oyunla start verilib. Qeyd edək ki, Hamburq şəhərindəki "Volksparkstadion"da baş tutan oyunda qapılara üst-üstə 4 qol vurulub. Bu qollardan üçünü albanlar vursalar da görüş sülh şəraitində bitib - 2:2. Buna səbəb isə albaniyalı futbolçu Klaus Qysulanın hər iki qapıya qol vurması olub. Matçın 11-ci dəqiqəsində Kazim Lyaçi hesabı aşmaqla Avro-2024-ün ən tez qolunu vuran Albaniya millisini hesabda irəli çıxarıb - 0:1. İlk yarı bu hesabla da bitib. 74-cü dəqiqədə xorvatiyalı Andrey Kramariç bərabərlik qolunu vurub - 1:1.
Bundan 5 dəqiqə sonra (76-cı dəq) Albaniya millisinin oyunçusu Klaus Qyasula avtoqola imza atmaqla Xorvatiyanı hesabda irəli çıxarıb - 2:1. Maraqlıdır ki, matçın əlavə edilən (90+5) vaxtında yenidən səhnəyə çıxan Qyasula öz qapılarına vurduğu qolun əvəzini cıxıb - 2:2. Bununla da 76-cı dəqiqədə avtoqolla antiqəhrəman olan Qyasula son anda konmandasını məğlubiyyətdən xilas edən qəhrəmana çevrilib.
Beləliklə 2 oyundan sonra cəmi 1 xal toplayan Xorvatiya B qrupunda üçüncüdür. Keçirdiyi hər iki oyunda hesabı açaraq ilk qol sevinci yaşayan Albaniya isə xalsızdır. Bu isə albanların pley-off şansının itməsi deməkdir. Qrupda son turun oyunları iyunun 24-də olacaq. Həmin gün Xorvatiya - İtaliya və İspaniya - Albaniya matçı keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.