Mbappe fransızları ifrat sağçılara səs verməməyə çağırıb
Fransa milli futbol komandasının lideri Kilian Mbappe ölkə vətəndaşlarını iyunun 30-da və iyulun 7-də keçiriləcək növbədənkənar ümumi seçkilərdə ifrat sağçı partiyaların nümayəndələrinə səs verməməyə çağırıb.
Bu barədə 25 yaşlı futbolçu AVRO-2024-ün iyunun 17-də keçiriləcək Avstriya-Fransa oyunu ərəfəsində mətbuat konfransında məlumat verib.
İdmançı qarşıdan gələn səsverməni “ölkə tarixində həlledici an” adlandırıb.
“Bu gün hamımız görürük ki, ekstremistlər hakimiyyətə gəlməyə çox yaxındırlar və bizim ölkəmizin gələcəyini seçmək imkanımız var. Ona görə də mən bütün gəncləri çıxıb səs verməyə çağırıram”, - deyə Mbappe bildirib.
Fransada keçirilən Avropa Parlamentinə Aİ miqyasında keçirilən seçkilər Marin Le Penin ifrat sağçı Milli Ralli partiyasının böyük qələbəsi ilə başa çatıb. Səsvermənin nəticələri elan edildikdən sonra Fransa prezidenti Milli Assambleyanın buraxıldığını elan edib və növbədənkənar seçkilər təyin edib. Səsvermə iyunun 30-da (birinci tur) və iyulun 7-də (ikinci tur) keçiriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.