Qadın voleybol yığmamız Estoniyanı evdə məğlub edib, kişi yığmamız isə səfərdə...
Bu gün həm kişi, həm də qadın voleybol yığmaları arasında Qızıl Avropa Liqasının (QAL) üçüncü turuna (mərhələ yarışına) start verilib. Qadın yığmamız doğma divarlar arasında, kişi komandamız isə Estoniyada mübarizəyə qatılıb. Marqalıdır ki, qadın yığmamız evdə (Bakı Voleybol Mərkəzində), kişi komandamız isə səfərdə Estoniya millisi ilə qarşılaşıb. Qadınlarımız evdə Estoniya millsini 3:0 (25:21, 25:12, 25:20) hesabla məğlub etdiyi halda, kişi komandamız isə Estoniyada yerli yığmaya eyni hesabla uduzub - 0:3 (14:25, 15:25, 17:25).
Qeyd edək ki, təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi qadın yığmamız hazırda 5 oyundan sonra 6 xalla 12 komanda arasında 6-cı yerdədir. Komanamız iyunun 2-də Bakı Voleybol Mərkəzində Avstriya millisi ilə qarşılaşacaq. Reqlamentə görə, 3 turdan sonra 12 komanda arasında ən yaxşı göstəriciyə malik olan 4 komanda mübarizəni "dördlır finalı"ndan davam etdirəcək.
Qadın yığmamızla müqayisədə kişi yığmamızın vəziyyəti çox pisdir. Belə ki, Fərid Cəlilovun yetriməri keçirdiyi 5 oyunun hamısında quru hesabla (0:3) məğlub olub. Kişi yığmamız sabah Estoniyada Lüksemburqla son matçına çıxacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.