Gənc cüdoçular Avropa Kubokunda iştirak edəcəklər
1-2 iyun günlərində Avstriyanın Qrats şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. Azərbaycan Cüdo Fedrasiyasından verilən məlumata görə, turnirdə Azərbaycan da daxil olmaqla 30 ölkədən 435 idmançı iştirak edəcək. Ölkəmiz yarışda oğlanlar arasında 7 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
İdmançılarımız turnirin ardından 3-5 iyunda Qratsda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Avropa Kubokuna gedəcək heyət belədir: Nizami İmranov (60 kq), Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kq), Süleyman Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Məmmədrza Hacızadə, Süleyman Şükürov, Nahid Tarquliyev (hamısı 81 kq), Tuncay Şamil, İsmayıl Zamanov (hər ikisi 90 kq), Nihad Şıxəlizadə (100 kq), Ramazan Əhmədov, Kənan Nəsibov (hər ikisi +100 kq).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.