Azərbaycan ev sahibliyi etdiyi Avropa çempionatını 16 medalla başa vurub
Sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev qitə çempionu olub
Mayın 20-də Bakı İdman Sarayında 23 yaşlı (U-23) gənclər arasında startı verilən idman güləşi üzrə Avropa çempionatına mayın 26-da sərbəst güləşçilərin son həlledici çıxışları ilə yekun vurulub. Çempionatın son günü də yiqmamiz üçün uğurlu olub. Belə ki, son gündə daha üç təmsilçimiz fəxri kürsüyə qalxıb. Onlardan ən yaxşı nəticəni isə 74 kq-da çıxış edən Cəbrayıl Hacıyev göstərib. O, bütün görüşlərini qələbə ilə başa vuraraq, Avropa çempionu adını qazanıb və Azərbaycan komandasının aktivinə beşinci qızıl medalı yazdırıb.
Son gündə fəxri kürsüyə qalxan digər təmsilçilərimiz - Nurəddin Novruzovla (61 kq) Arseniy Cioyevsə (86 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Bununla da Azərbaycan ev sahibliyi etdiyi Avropa çempionatını 16 (5-4-7) medalla başa vurub.
Xatırladaq ki, Cəbrayıl Hacıyevdən öncə, çempion adını yunan-Romçılardan Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq), qızlardan isə Jalə Əliyeva (57 kq) qazanmışdır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.