Voleybol yığmalarımız Qızıl Avropa Liqasının ikinci turunda
Bu gün kişi və qadın voleybol yığmalarının mübarizə apardığı Qızıl Avropa Liqasında ikinci turun (2-ci mərhələ) oyunlarına start veriləcək. Baş məşqçisi Faiq Qarayev olan qadın millimiz ikinci tur çərçivəsində oyunlarını Rumıniyada keçirəcək. Yığmamız ilk olaraq bu gün saat 17:30-da ev sahibinə qarşı oynayacaq. Mayın 25-də isə millimiz İsveçlə (saat 16:30) qarşılaşacaq.
Xatırladaq ki, Faiq Qarayevin yetirmələri ilk turun oyunlarını Xorvatiyada keçirib. Xorvatiyada ev sahibini 3:0 hesabla məğlub edən millimiz ardından Slovakiyaya uduzub - 1:3.
Fərid Cəlilovun rəhbərlik etdiyi kişi yığmamız isə ikinci turu Belçikada keçirəcək. İlk olaraq, bu gün ev sahibinə qarşı oyun keçirməyə (saat 19:30) hazırlaşan komandamız mayın 25-də isə Şimali Makedoniya ilə qarşılaşacaq (saat 17:30).
Xatırladaq ki, kişi yığmamız ilk turun oyunlarını Bakıda Rumıniyaya və Ukraynaya qarşı oynayıb və hər iki oyunda 0:3 hesabla uduzub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.