Masallının Məmmədrzaküçə kəndində qaz açılışı
Masallı rayonunun Məmmədrzaküçə kəndində 112 abonentin təbii qazla təmin edəcək yeni qaz xətti istismara verilib.
Layihə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Yeni qaz xəttinin istismara verilməsi mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib, əhalinin rifah halının yüksəldilməsi istiqamətində ölkə rəhbərinin tapşırığına uyğun olaraq mütəmadi işlər aparıldığını diqqətə çatdırıb.
“Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov ərazinin qazlaşdırılmasından ötrü layihənin davam etdirildiyini vurğulayıb.
Sakinlər kəndə mavi yanacaq verilməsinə görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və “Azəriqaz” İB kollektivinə minnətdarlıqlarını bildiriblər.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.