Faiq İsmayılov:
Qarabağda Azərbaycan toponimlərinin dəyişdirilməsi vandalizm aktı idi
Hər bir xalq, millət, tayfa və ya etnik qrup yaşadıqları ərazilərdə mütləq şəkildə memarlıq qurğularının elementlərində, qəbirüstü abidələrdə, toponimlərdə və digər mədəni irs nümunələrində öz həyat tərzlərinin izlərini qoyur, hətta özləri həyatdan silinib getsələr belə qoyub getdikləri izlər müasir dövrdə onların sosial və mədəni həyatlarını müəyyən etməyə şərait yaradır.
Azərbaycanda tayfa və etnik qrupların çoxluğu və bu baxımdan mədəniyyətlərin müxtəlifliyinin (Multukulturalizmin) qorunub saxlanmasına səbəb olmuşdur. Multikulturalizm mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş nəzəriyyə, siyasətdir. Onun ən mühüm özəlliyi assimilyasiyaya qarşı olmasıdır. Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir.
Azərbaycan dünyada yeganə ölkədir ki, burada tolerantlıq və multukultural dəyərlərə hörmət edilməsi ölkədə mövcud olan bütün tayfa və etnik qrupların hüquq bərabərliyini təmin edib. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərar olması deməkdir.
Lakin Azərbaycanda yaşayan etnik ermənilər məskunlaşdırıldıqları ərazilərdə öz mədəni dəyərlərini yaratmaq, qonşularla dinc yanaşı yaşamaq əvəzinə, digər etniklərə və aborgen azərbaycanlılara məxsus mədəni dəyərləri mənimsəməyə, bu mümkün olmadıqda məhv etməklə Mulyukultural qaydaların pozulmasına səbəb olublar. Ermənilərin bu cür yanaşma tərzi Qərbi Azərbaycanda (indiki Ermənistan) və Qarabağda özünü daha qabarıq şəkildə büruzə vermişdi.
Azərbaycan ərazilərindki toponimləri və inzibati yaşayış məntəqələrinin adlarının, erməni adları ilə əvəz edilməsi və ya dəyişdirilməsi XVIII əsrin sonları XIX əsrin əvvəllərində ermənilərin bu ərazilərdə məskunlaşdırılmasından sonrakı dövrdə tədricən həyata keçirilməyə başlamışdı.
Ermənilərin Qarabağda apardıqları toponimik ekspansiyası, əslində, Qərbi Azərbaycanda (indiki Ermənistan) tətbiq etdikləri kimi, inkişaf etdirilmişdir. Beləki əraziləri etnik təmizləməyə məruz qoymaq toponimləri, yer adlarını dəyişdirmək və ərazinin yalnız ermənilərə məxsusluğunu iddia edilməsi erməni siyasətinin tərkib hissəsi idi.
Qeyd etmək lazımdır ki, ermənilər məskunlaşdırıldıqları Qarabağ ərazilərində, (1988-2020-ci illər) digər xalqların və millətlərin mədəni-irslərinin mənimsəmək və kütləvi şəkildə məhv etmək hesabına özlərinə saxta tarix yaratmağa cəhd edir bu ərazilərin yalnız “qədim erməni xalqına” məxsusluğu barədə saxta rəvayətlər uyduraraq, Beynəlxalq İctimai rəyi hər zaman çaşdırmağa çalışırdılar.
Beləki ermənilər Qarabağda məskunlaşdırıldıqdan sonra, əsrlərlə formalaşan Qarabağ sakinlərinin mürəkkəb inanclar kompleksini, mədəniyyətini genetik elementlərə parçalayaraq məhv etməyə başladılar. Onlar bu ərazilərdə yaşayan azərbaycanlıları və digər etnikləri, etnik təmizləməyə məruz qoyaraq, toponimlərini dəyişdirmək yaranan boşluqları erməni toponimləri və ermənilərlə doldurub “qarabağ xalqı” adlı yeni erməni milləti formalaşdırmağa çalışırdılar.
Bu ideya, eyni zamanda Rusiyanın son 200 ildə Cənubi Qafqaz üçün hazırladığı məkirli planının əsasını təşkil edirdi. Erməni havadarlarının bu planı həyata keçirilməsi mümkün olmasa da, son 100 ildə bu plan İranın, eləcədə Fransanın təsiri ilə Qərbin və Amerikanın Cənubi Qafqaz maraqlarına tam uyğun gəlirdi.
Ermənilər Qarabağda toponimləri dəyişdirərkən, özlərinə məxsus toponimik sistemin xüsusi qaydaların qanunauyğunluqlarını yaratmağa cəhd edir və yeni toponimika elmi kimi səciyyələndirməyə çalışırdılar. Bu ideyanı reallaşdırmaq üçün onlar ərazidə baş verən təbiət hadisələrini, cəmiyyətin sosial-iqtisadi həyatını, tarixini, məişətini, inam və inanclarını xüsusi hərisliklə öyrənərək erməni mədəni həyatına tətbiq etməyə çalışırdılar.
Qarabağda yaşayan tayfalar haqqında məlumat daşıyan bütün ərazilərin tarixini, zaman-zaman burada yaşayan nəsillərin yaşam tərzini öyrənən ermənilər, bu ərazilərdə yeni erməni toponimlərinin tətbiq edərək, yeni qayda sistemləşdirməyə çalışırdılar.
Ermənilər bütün bu saxtakarlığı linqvistik vasitələrlə ifadə edirdilər. Onlar tətbiq etdikləri yeni toponimik sistemi Qarabağda məskunlaşdırılan erməni əhalisinin tarixi və mədəni dəyərləri kimi təbliğ edirdilər.
Uzun illər etdikləri bütün bu cəhdlərə baxmayaraq ermənilər, Qarabağda tətbiq etdikləri toponimlərini peşəkar tədqiqat obyektinə çevrə bilmədilər. Bu baxımdan Tsamadzor(Dərəkənd), Arakul(Aragül), Хnushinak(Xanoba), Spitakaşen(Ağkənd), Muşkapat(Mqşkapat), Karakulux(Daşbaşı), Кarintak(Daşaltı), Noraqyux(Təzəbinə), Хantsx(Xanyeri), Vank(Vəngli) və digər dəyişdirilən bu kimi adlar və toponimlər reallıqda ermənilərə məxsusluğu öz əsasını tapa bilmədi.
Tarixən Qarabağın özünəməxsus iqtisadi və mənəvi əlaqələri olub, ərazi etibarı ilə burada müxtəlif əsrlərdə müxtəlif xalqların və tayfaların (səlcuqlar, monqol-tatarlar) və s izlərinə onların mədəni dəyərlərinə rast gəlmək olur. XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər əraziyə hökmran olmuş Qarabağ xanlığı dövründə də bu ərazilərdə böyük iqtisadi mədəni dəyişikliklər baş vermişdi.
Bütün bu iqtisadi mədəni inkişaf Qarabağın toponimlər sistemində iz buraxmaya bilməzdi. Lakin ermənilər yaratdıqları toponim sistemində azərbaycanlılara məxsus qədim yer adlarını və toponimləri öz sistemlərində yerləşdirmir, bütün reallıqları inkar edir, bu ərazilərdə keçən dövrlərdə yalnız erməni əhalinin yaşadıqları kimi yalan iddialardan çəkinmirdilər.
Ermənilərin yaratdıqları Qarabağın yeni toponim sistemində Azərbaycana məxsus Dəhraz, Sərsəng, Çldran, Çərəkdar, Xocavənd, Hadrut, Xanabad, Daşbulaq, Ağbulaq, Xrmancıq, Qarabulaq, Çaylı, Mehtikənd, Daşkənd, Fərrux, Sərdarkənd, Seydidkənd və başqa adları İran və rus toponimləri kimi izah etməyə çalışırlar ki bu da kökündən yalandır. Çünki bu toponimlər nə rus, nədə fars dialektinə uyğun gəlmir.
XVIII əsrin sonları XIX əsrin əvvəllərində bu ərazilərə məskunlaşdırılan ermənilər, güya VII-VIII əsrlərə aid bəzi erməni toponimlərinin sonradan türk dilinə keçməsi barədə sərsəm fikirlər səsləndirirlər. Bu qəbildən onlar Vank –Vəngli, Şoş- Şuşukənd, Edilu- Edilli, Moxranes-Susnlıq, Nngi – Cəmiyyət, Aterk - Həsəngiz, Arkatali - Muxtarkənd, Avetarots - Çanaxçı, Karmirqyux - Keşişkənd və s. kənd adlarını misal kimi göstərsələrdə ermənilərin, o dövrdə bu ərazilərdə kütləvi şəkildə yaşamaları haqqında heç bir sübut və ya dəlil göstərə bilmirlər.
Aranzəmin, Daşaltı,Təzəbinə və s. Kimi adların guya erməni dilindən, azərbaycan dilinə səhv tərcümə edildiyini iddia edən erməni alimlər, Karaqlux-Daşbaşı, Krasnı-Dağdağanlı və s. adları erməni sözlərinin isbatı kimi göstərirlər.
Lakin erməni tarixçiləri unudurlar ki, toponim və yer-yurd adları xalq dilində olduğu kimi sistemə daxil edilir, əgər hansısa dilə tərcümə edilərək yazılırsa toponim formasını itirir. Yuxarıda sadalanan toponimlər heç bir sübuta ehtiyacı olmayan Azərbaycan adlarıdır.
Ermənilərin yaratdıqları bəzi toponimlər heç erməni xalqın tarixi kökünə əsaslanmır, yarandığı dövrün izini daşıyır. Məsələn Kuropatkino, Levonarx, Leninavan, Karmiravan, Maçkalaşen, Kolxozaşen, Karmirqyux, Karmir Şuka. Stepanakert, Armenavan, Kirov və s. Bütün bu kimi toponimlərin də qədim erməni mədəniyyətinə məxsusluğunu iddia etmələrinin heç bir əsası yoxdur.
Qarabağ toponimlərini dəyişdirərkən yeni tətbiq etdikləri toponimləri erməni ləhcələrinə uyğunlaşdırmaları yeni toponimlərin saxta olduğunu əyani şəkildə sübut edir. Bir qayda olaraq toponimləri saxtalaşdırarkən ermənilər bunu özlərinin milli mentalitetlərinə uyğunlaşdırırlarki bu da eyni toponimin müxtəlif erməni adları formasında eyni toponimin təkrarlanmasına səbəb olur. Məsələn Tumi-Domi, Xtsaberd-Xozaberd, Tsor-Tzur və s.
Qarabağda işğal dövrü bəzi kəndlərin adlarının erməni toponimləri ilə əvəzlənən zaman, tətbiq edilən toponim məzmunca mənasını itirmişdi. Məsələn: Qala dərəsi, Qaraqışlaq, Qarakənd, Qızqala, Dəmirçilər, Ağcakənd, Düdükçü və s. Ona görə də erməni dilində kəndlərimizin bir çox rəsmi adları (oykonimlər) ermənilərin dediklərindən fərqlidir. Ermənilərin bu ərazilərdə tətbiq etdikləri saxta toponimlər qavranılan və anlaşılmaz kimi iki hissəyə bölünür. Beləki, Noraqyuq, Yeqtsaq, Getavan, Caqatsner kimi adlar nəinki Azərbaycan dilində, eləcədə erməni dilində belə başa düşülən sözlər deyildir. Yəni heç nə ifadə etmirlər.
İşğal altında saxladıqları ərazilərdə adlandırma funksiyasını yerinə yetirən erməni tarixçiləri, bu adların özəlliyi haqqında heç bir məlumat vermirlər. Burada çox vaxt yalançı ifadələri, guya erməni xalq “etimologiyası”na uyğunluğunu təqlid etməklə toponimin adətən yanlış səhv izahını verirlər. Beləliklə toponim kimi təqdim edilən erməni adlarının, müasir qavrayışı onların ilkin forma və məzmununa uyğun gəlmir.
Qarabağda bəzi yaşayış məntəqələrinin adlarını ermənilər məskunlaşdıqları Qarabağ ərazilərinə XVIII-XIX əsrlərdə İrandan və Türkiyədə yaşadıqları ərazilərdən gətiriblər. Məsələn Marağa, Həsənqaya və s. Bu kimi toponimləri ermənilər öz mirasları kimi qəbul etdiklərindən bu adların dəyişdirilməsinə o qədər də maraqlı olmayıblar. Qarabağdakı digər yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə gəlincə, burada çox ciddi və düşünülmüş yanaşma tələb olunsada ermənilər o qədər də bunun fərqində olmayıblar.
Qarabağın toponimlərinin ermənilər tərəfindən dəyişdirilməsi ilə bağlı fəaliyyətin Dövlət səviyyəsində həyata keçirildiyi faktları ortaya çıxır. Azərbaycanın, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş ərazilərindəki yer adlarının və toponimlərin dəyişdirilməsi, Ermənistan Respublikasının Dövlət siyasətinin tərkib hissəsi olmuşdur.
Beləki 1988-1990-cı illərdə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərinin ermənilər tərəfindən etnik təmizləməyə məruz qoyulduqdan sonra Ermənistan Hökuməti toponimlərin və yer adlarının dəyişdirilməsi haqqında 7 noyabr 1995-ci il tarixli “ER-nın inzibati-ərazi bölgüsü haqqında” qanun qəbul etdi. Bu qanun Azərbaycan toponimlərinin tamamilə dəyişdirilib erməni sözləri ilə əvəzlənməsinə şərait yaratdı.
Ermənistan Respublikasının qəbul etdiyibu qanununun 6-cı maddəsində deyilir ki guya yerli əhalinin rəyləri nəzərə alınmaqla yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi yad, dissonant və təkrarlanan adların istisna edilməsi məqsədi ilə həyata keçirilir. Halbuki bu qanunun qəbul edilməsində məqsəd azərbaycan toponimlərinin kütləvi şəkildə dəyişdirilməsi idi.
Bundan başqa 23 noyabr 1999-cu ildə Ermənistanda coğrafi adlar haqqında Ermənistan Respublikası tərəfindən qəbul edilən qanun, Qarabağda da Azərbaycan toponimlərinin köklü şəkildə erməni adları ilə əvəz olunmasına şərait yaratdı.
Toponimlərin dəyişdirilməsi Ermənistan mətbuatının səhifələrində mütəmadi olaraq müzakirələrə çıxarılır və uzun illər Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində hazırlanan saxta məlumatlar erməni “tarixşunaslığın” əsasları kimi təqdim olunsada Azərbaycan xalqına qarşı yönələn vandalizm aktı idi.
Sovet İttifaqın dağılması, Ermənistan Respublikasının müstəqillik qazanmasına, Dağlıq Qarabağ Muxtar Vilayətində separatizmin baş qaldırmasına və yüzlərlə Azərbaycanlı dinc sakinin qətlə yetirilməsinə, yüzminlərlə günahsız insanların ev-eşiklərini tərk etmələrinə 20% Azərbaycan ərazilərinin Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilməsi kimi hadisələrlə yadda qaldı.
Azərbaycan vətəndaşlarının fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, azərbaycanlılara məxsus maddi mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, ermənilər tərəfindən bölgənin tarixinin geniş miqyasda saxtalaşdırılmasına məruz qaldı. Birinci Qarabağ müharibəsindən sonra, Ermənilər ideoloji müharibədə öz arsenallarında daha bir hiylə işlətdilər. İşğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar ki hamısını dəyişdirdilər. O dövrdə ermənilərin qarşıya qoyduqları məqsəd belə idi, Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, orada olan azərbaycanlıların yaddaşını silmək. Bu baxımdan Qarabağ regionundakı ictimai yaşayış məntəqələrinin adları aşağadakı dəyişikliklərə məruz qaldı:
Xocalı rayonu üzrə ermənilər tərəfindən dəyişdirilmiş inzibati yaşayış məntəqələrinin adları
Xankəndi-Степанакерт Ստեփանակերտ, Əsgəran-Аскеран Ասկերան, Daşbulaq-Астхашен Աստղաշեն, Ballıca-Айгестан Այգեստան, Berkadzor-Беркадзор Բերքաձոր, (İşğal dövrü 1998-ci ildə ermənilər tərəfindən salınan yeni qəsəbə), Dərələyəz-Дахрав Դահրավ, Dəhrəz-Дахраз Դահրազ, Daşkənd-Дашушен Դաշուշեն,, Harov-Харав Հարավ, Qarakötük-Hilis Հիլիս, Ovsenavan-Овсепаван Հովսեփավան , (İşğal dövrü ermənilər tərəfindən salınan yeni qəsəbə), Xocalı-Иванян Իվանյան, Cəmilli-Джамилли Ջամիլլի, Qızıloba-Кармиргюх Կարմիրգյուղ, Seyidbəyli-Хачен Խաչեն, Xaçmaç-Хачмач Խաչմաչ, Xanyeri-Хандзк Խանձք, Xanabad-Хнапат Խնապատ, Xanyurdu-Хнацах Խնածախ, Almalı-Хндзристан Խնձրիստան , Pirlər-Храморт Խրամորթ, Dağdağan-Krasni Քռասնի, Kətik-Кьятук Քյաթուկ, Mehdibəyli-Лусадзор Լուսաձոր , Muxtar-Мхитарашен Մխիթարաշեն, Naxçıvanlı-Нахичеваник Նախիջևանիկ, Aşağı Yemişcan-Nerkin Sznek Ներքին Սզնեք,Təzəbinə-Норагюх Նորագյուղ,Fərrux-Парух Փառուխ, Badara-Patara Պատարա, Şəlvə-Откр Ռև, Sərdarkənd-Сардарашен Սարդարաշեն,Ağbulaq-Сарнагбюр Սառնաղբյուր , Dağyurd-Сарушен Սարուշեն, Şuşakənd-Шош Շոշ, Qışlaq-Цахкашат Ծաղկաշատ, Ulubaba-Урахач ՈՒրախաչ, Aranzəmin-Варазабун Վարազաբուն, Pircamal-Вардадзор Վարդաձոր, Yuxarı Siznək-Verin Sznek Վերին Սզնեք, Qarabulaq-Акнагбюр Ակնաղբյուր, Xaçındərbətli-Арменакаван Արմենակավան,Çanaqçı-Аветараноц Ավետարանոց, Dəmirçilər-Джрагацнер Ջրաղացներ,Mədətkənd-Мадаташен Մադաթաշեն, Baharlı-Мошхмхат Մոշխմհատ, Sığnaq-Сгнах Սղնախ, Şelli-Угтасар Ուղտասար.
Şuşa şəhər ərazisi üzrə ermənilər tərəfindən dəyişdirilmiş inzibati yaşayış məntəqələrinin adları:
Kiçik Qaladərəsi-Хин Шен Հին Շեն, Turşsu-Лисагор Լիսագոր, Böyük Qaladərəsi-Мец Шен Մեծշեն, Sarıbaba-Ехцахог Եղցահող.
Xocavənd rayonu üzrə ermənilər tərəfindən dəyişdirilmiş inzibati yaşayış məntəqələrinin adları:
Heşan-Ашан Աշան, Qarakənd-Бердашен Բերդաշեն, Kiş-Гиши Գիշի, Kəndxurd-Агорти Հաղորտի,Çörəkli-Хаци Հացի, Qarqar-Херхер Հերհեր, Qağartsi-Кагарци Կաղարծի, Əmrallar-Каяван Քաջավան, Gavahın-Кавахан Կավահան, Kuropatkino-Какавадзор Կաքավաձոր, Qarazəmi-Караундж Քարահունջ, Qırmızı Bazar-Кармир Шука Կարմիր Շուկա, Quzumkənd-Керт Քերթ, Xərxan-Керхан Խերխան, Xanoba-Хнушинак Խնուշինակ, Arpadüzü-Колхозашен Կոլխոզաշեն, Cütcü-Мачкалашен Մաճկալաշեն, Ağbulaq-Мсмна Մսմնա, Müşkabad-Мушкапат Մուշկապատ, Mirikənd-Мюришен Մյուրիշեն, Cəmiyyət-Nngi Ննգի, Yenikənd-Норшен Նորշեն, Qarıtəpə-Параватумб Պառավաթումբ,Şıx Dursun-Схторашен Սխտորաշեն, Ağkənd-Спитакашен Սպիտակաշեն, Zavadıx-Цоватег Ծովատեղ, Qaradağlı-Varanda Վարանդա, Ağbulaq-Акнагбюр Ակնաղբյուր, Aragül-Аракел Առաքել, Dolanlar-Аревшат Արևշատ,
Qoçbəyli-Айгестан Այգեստան, Azıx-Азох Ազոխ, Binədərəsi-Банадзор Բանաձոր, Zoğalbulaq-Драхтик Դրախտիկ, Yuxarı Məzrə-Дзорагюх Ձորագյուղ, Ağdam-Хакаку Հակակու, Axullu-Харташен Հարթաշեն, Sirik-Айкаван Հայկավան, Köhnə Tağlar-Хин Тагер Հին Թաղ ար, Üçbulaq-Хогер Հողեր, Mülküdərə-Джраберд Ջրաբերդ, Çıraqüz-Джракус Ջրակուս, Daşbaşı-Караглух Քարագլուխ , Kəmərtük-Кармракуч Կարմրակուճ, Xatınbulaq-Халынбулах , Ağcakənd-Хандзадзор Խանձաձոր, Çaylaqqala-Хцаберд Խծաբերդ, Düdükçü-Кюратах Քյուրաթաղ, Məmməddərə-Мариамадзор Մարիամաձոր, Məlikcanlı-Меликашен Մելիքաշեն, Böyük Tağlar-Мец Тагер Մեծ Թաղեր, Susanlıq-Мохренес Մոխրենես, Günəşli-Норашен Նորաշեն, Çaylaqqala-Петросашен Պետրոսաշեն, Bulutan-Плетанцы Պլեթանց, Cilən-Сараландж Սարալանջ, Şahyeri-Сариншен Սարինշեն, Ağkənd-Спитакашен Սպիտակշեն, Ataqut-Тагут Թաղուտ , Tuğ-Тог Տող, Binə-Туми Տումի, Xırmancıq-Цахкаванк Ծաղկավանք, Hünərli-Цакури Ծակուռի, Dərəkənd-Цамдзор Ծամձոր, Dağdöşü-Тьяк Տյաք, Edilli-Ухтадзор Ուխտաձոր, Çinarlı-Ванк Վանք, Edişə-Вардашат Վարդաշատ, Qacar-Дживани Ջիվանի, Cağadüz-Саргсашен Սարգսաշեն, Gülablı-Вазгенашен Վազգենաշեն, Çartar-Зораван Զորավան.
Ağdərə rayonu üzrə ermənilər tərəfindən dəyişdirilmiş inzibati yaşayış məntəqələrinin adları:
Ağabəyyalı-Aghabekalanj Աղաբեկալանջ, Dovşanlı-Араджадзор Առաջաձոր, Canyataq-Чанкатаг Ճանկաթաղ, Çıldıran-Хлдран Չլդրան, Heyvalı-Дрмбон Դրմբոն, Çormanlı-Гарнакар Գառնաքար, Qozlukörpü-Гетаван Գետավան, Qızılqaya-Арутюнагомер Հարությունագոմեր, Həsəngiz-Хатерк Հաթերք, İmarət Qərvənd-Imar Իմար, Çiləbürt-Джраберд Ջրաբերդ, Yayıcı-Кочогот Կոճողոտ, Çardaqlı-Магавуз Մաղավուզ, Ağdərə-Мартакерт Մարտակերտ , Ulu Qarabəy-Мец Шен Մեծ Շեն, Kiçik Qarabəy-Мохратах Մոխրաթաղ, Narınclar-Нарештар Նարեշտար, Aşağı Oratağ-Неркин Хоратах Ներքին Հոռաթաղ, Sırxavənd-Нор Газанчи Նոր Ղազանչի, Dəvədaşı-Погосагомер Պողոսագոմեր, Şahmənsurlu-Шахмасур Շահմասուր, Damğalı-Тблгху Թբլղու, Təpəkənd-Тонашен Տոնաշեն, Dəmirli-Цахкашен Ծաղկաշեն, Bazarkənd-Цмакахог Ծմակահող, Qozlu-Вагухас Վաղուհաս, Vəngli-Ванк Վանք, Gülyataq-Вардадзор Վարդաձոր, Lüləsiz-Варнкатаг Վարնկաթաղ, Yuxarı Oratağ-Верин Хоратах Վերին Հոռաթաղ, Zəylik-Заглик Զագլիկ, Zağalar-Андзавнер Անձավներ, Çaylı-Айгестан Այգեստան, Taxtabaşı-Даштаглух Դաշտագլուխ, Həsənqaya-Айкаджур Հայկաջուր, Əliağalı-Овташен Հովտաշեն, Qızıloba-Кармираван Կարմիրավան, Göyarx-Левонарх Լեւոնարխ, Suqovuşan-Матагис Մատաղիս, Şıxarx-Марага Մարաղա, Mollalar-Нор Айгестан Նոր Այգեստան, Boyəhmədli-Нор Айкаджур Նոր Հայկաջուր, Papravənd-Нор Кармираван Նոր Կարմիրավան, Qızıl Kəngərli-Нор Марага Նոր Մարաղա, Yeni Qaralar-Нор Сейсулан Նոր Սեյսուլան.
2020-ci ildə Azərbaycan Müzəffər Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan genişmiqyaslı əks hücum cəmi 44 günə torpaqların işğaldan azad edilməsi və 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli sazişlə nəticələndi. Lakin çoxdan gözlənilən bu barışıq ermənilərin bölgəmizə çoxillik genişlənməsi ilə bağlı bir sıra problemləri üzə çıxardı. Bu genişlənmənin vektorlarından biri - işğalçılar tərəfindən türk toponimik adlarının erməni adları ilə əvəzlənməsi idi.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.