İstanbul turnirinə gedəcək güləşçilərimiz müəyyənləşib
9-12 may günlərində İstanbulda (Türkiyə) güləş üzrə ( hər üç növdə) Dünya Olimpiya Təsnifatli (DOT) turnir keçiriləcək. Üç gün davam edəcək Paris Olimpiadasına lisenziya xarakterli bu turnirdə Azərbaycan yalnız Yunan-Roma (4 nəfər) və qadın güləşi (5 idmançı) üzrə yarışlarda iştirak edəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Yunan-Roma yarışında ölkəmizi Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcək.
Qadınlar arasında isə qadın yığmamızın titullu lideri Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alena Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Eliş Manolova (68 kq) güləşəcək. Xatırladaq ki, dördqat Olimpiya mükafatçısı, 11 qat Avropa çempionu adını daşıyan Stadnik aprelin əvvəlində Bakıda keçirilən Avropa Olimpiya Təsnifatli turnirdə lisenziyanı son anda qaçırdı.
Bir məqamı da qeyd edək ki, Bakı turnirindən fərqli olaraq İstanbul turnirində yalnız finalçılar deyil, hər çəkidə ilk üç yeri tutan güləşçi Paris Olimpiadasına lisenziya qazanmış olacaq.
Xatırladaq ki, sərbəst güləş üzrə yiqmamizin Olimpiya çəkidə olan 6 üzvü un hamısı Olimpiada-2024-ə lisenziya qazanıb. Yunan-Roma üzrə yığmamizin isə cəmi iki lisenziyası var.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.