Ağcabədidə ağacəkmə aksiyaları davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olanması ilə bağlı Ağcabədidə ağacəkmə aksiyaları davam edir. Belə ki, növbəti belə bir aksiya aprelin 27-də Mingəçevir-Bəhramtəpə yolunun kənarında həyata keçirilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan aksiyada Ağcabədi rayon Yaşıllaşdırma və İşıqlandırma idarəsi, Suvarma Sistemləri İdarəsi, Ağcabədi Kommunal Xidməti və Mənzil İstismarı İdarəsi, rayon Baytarlıq idarəsi, həmçinin aksiayaya könüllü qoşulan vətəndaşlar iştirak ediblər.
Təxminən 150 insanın qatıldığı aksiyada 200-ə yaxın ağac, o cümlədən 150-si tuya olmaqla, 50 eldar şamı ağacı əkilərək, sulanıb. Burada ağacların əkilməsi ilə yanaşı, eyni zamanda yolun kənarı və ərazi zərərli alaq otlarından və tullantılardan da təmizlənib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müəyyən olunmuş tədbirlər planına müvafiq olaraq il ərzində belə aksiyaların keçirilməsi bundan sonra da nəzərdə tutulur.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.