Rodosda Azərbaycan derbisi
Ülviyyə Fətəliyeva komanda yoldaşı Gövhər Beydullayevanı mat qoyub
Yunanıstanın Rodose şəhərində qadın şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir. Qeyd edək ki, 150 zəka sahibinin 10 turda mübarizə aparacağı və Azərbaycanın da 10 şahmatçı ilə qatıldığı çempionatda bu gün 7-ci turun partiyaları baş tutub. Turun diqqət çəkən məqamlardan biri ilk 6 turdan sonra 5,5 xalla yarış cədvəlinə vahid liderlik edən azərbaycanlı qrossmeyster Ülviyyə Fətəliyevanın öz komanda yoldaşı, 6 oyundan 5 xal toplayan Gövhər Beydullayeva ilə qarşılaşması olub. Qeyd edək ki, Rodosda reallaşan Azərbaycan derbisi Fətəliyevanin qələbəsi ilə bitib. Bu qələbədən sonra xallarının sayını 6,5-ə çatdıran Ülviyyə liderlik mövqeyini qoruyub saxlaya bilib.
Hesabat turu, sahmatcilarimizdan Xanım Balacayeva, Nərmin Abdinova, Ayan Allahverdiyeva və Günay Məmmədzadə üçün də uğurlu olub. Gülnar Məmmədova və Səbinə Rzalının sülh şəraitində bitirdiyi turda Səbinə İbrahimova və Ləman Hacıyeva məğlubiyyətlə üzləşib.
Çempionatın başa çatmasına 3 tur qalıb. Hazırda Fətəliyevanın 6,5 çempionata liderlik edir. Məmmədzadə və Balacayevanın 5,5, Beydullayevanın isə 5 xalı var.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.