Müşfiq Ələsgərli:
Ceyms O’Brayn geri dönüş etdi
ABŞ-la Azərbaycan arasında yüksək səviyyəli təmasların kəsilməsi çağırışı 1 ay öncə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın dilindən səsləndirilmişdi. Dünən onun özünü Bakıya göndərdilər ki, gəlib yaratdığı anlaşmazlığı aradan qaldırsın. Prezident İlham Əliyevlə dekabrın 6-da keçirdiyi görüşdə O’Brayn vurğulayıb ki, “ABŞ ilə Azərbaycan arasında əlaqələr dərin köklərə malikdir və ölkələrimiz yaxşı tərəfdaşdırlar”. Nitqüinin davamı da bu məntiqlə davam edir.
Əslində Ceyms O’Braynın 1 ay öncə səsləndiridiyi neqativ fikirlərin də, indi isə Bakıda səsləndirdiyi pozitiv fikirlərin də onun öz beyninin məhsulu olması bir az şübhəlidir. Məntiq deyir ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni situasiya ABŞ-da anlaşmazlığa səbəb olub. Azərbaycanı hansısa addımlardan çəkindirmək istəyiblər. Amma Azərbaycan prinsipial mövqe sərgiləməklə ABŞ-ın yanaşmasını dəyişə bilib. Əvvəlcə dövlət katibi Blinkenin zəng vurub Prezident İlham Əliyevlə üzürxahlıq tonunda danışmasıdan, ardınca Ceyms O’Braynın Bakıya göndərilməsindən və buradakı nitqindən belə anlaşılır ki, Cənubi Qafqaz regionunda Azərbaycanın öndərliyi ilə yaranmış yeni reallıqlar ABŞ tərəfindən artıq qəbul edilib. Münasibətlərin əvvəlki səviyyəyə qaytarılması və daha da inkişaf etdirilməsi üçün addımlar atılır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.