Şahmatçıların iddiaçılar turniri başa çatıb
Turnirdə iştirak edən Azərbaycan şahmatçısı Nicat Abbasov sonuncu olub
Kanadanın paytaxtı Torontoda azərbaycanlı qrossmeyster Nicat Abbasov da daxil olmaqla, planetin ən yaxşı 8 şahmatçısınin iştirakı ilə iki dövrədə keçirilən və 14 turdan ibarət olan şahmat üzrə seçmə xarakterli iddiaçılar turnirinə yekun vurulub. Son turda Abbasov hindistanlı Romeşbabu Praqnandxa ilə qarşılaşıb. Bu oyunda da məğlub olan həmyerlimiz karyerasında ilk dəfə qatıldığı turnirdə çıxışını 3,5 xalla səkkizinci (sonuncu) pillədə başa vurub. Qeyd edək ki, Abbasov turnirdə bir dəfə də olsun qələbə qazana bilməyib. Keçirdiyi 14 oyunun yeddisində rəqiblə sülh bağlayan şahmatçımiz qalan 7 oyunda isə məğlub olub.
Mükafat fondu 930 min manat təşkil edən turnirin qalibi adını isə hindistanlı Qukeş Dommaracu qazanıb. Reqlamentə görə, o qalib olaraq, həm 67 min manat mukafata sahib olub, həm də hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Dünya Şahmat Tacı uqrunda final seriyasında oynamaq hüququ qazanıb. Reqlamentə əsasən ikinci yeri tutan şahmatçının 45, üçüncü yerin sahibinin 36 min manat qazandığı turnirdə Abbasov isə 45500 (hər heç-heçəyə görə 6500 manat) dollar qazanıb.
Turnirin yekun yarış cədvəli belədir:
Qukeş Dommaracu (hindistan) - 9 xal, Xikaru Nakamura (ABŞ), Yan Nepomniyaşiy (Rusiya), Fabiano Karuana (ABŞ) - hərəyə 8,5 xal, Romeşbabu Praqnandxa (Hindistan) - 7 xal, Vidit Santoş (Hindistan) - 6 xal, Alireza Firuzca (Fransa) - 5 xal, Nicat Abbasov - 3 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.