Məhəmməd Muradlı ölkə çempionatında liderliyini davam etdirir
Milli Elmilər Akademiyasının Kitabxanasında kişi şahmatçılar arasında keçirilən və 9 turdan ibarət olan Azərbaycan çempionatı artıq finişə yaxınlaşıb. Bu gün çempionatda 8-ci turun partiyaları oynanıb. Çempionata vahid liderlik edən Məhəmməd Muradlı hesabat tururnu da qələbə ilə başa vuraraq, liderliyini qoruyub saxlayıb. O, hesabat turunda Ülvi Sadıxovu mat qoymaqla aktivindəki xalların sayını 6,5-ə çatdırıb. Bununla da o, ən yaxın izləyicisi olan Aydın Süleymanlını 1 xal geridə qoyub.
Qeyd edək ki, çempionatın reqlamentinə əsasən 9 turdan sonra ilk 4 yeri tutan şahmatçı çempionluq uğrunda mübarizəni yarımfinaldan davam etdirəcək (iki oyunla). Qaliblər finala yüksələcəklər. Çempion isə sonda 12 min manata sahib olacaq. Yeri gəlmişkən, çempionatın mükafat fondu 30 min AZN təşkil edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.