Güləş üzrə U-15 yığmalarımız Avropa birinciliyinə hazırlaşırlar
15-18 may günlərində Yunanıstanın Lutraki şəhərində 15 yaşlı (U-15) yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə Avropa birinciliyi keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, artıq hər iki növdən olan yığma komandamız qitə birinciliyinin hazırlıq prosesin start verib.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız böyük məşqçi Əbilfət Məmmədov və məşqçi İlham Vezirovun rəhbərliyi altında Bakıda təlim-məşq toplanışına (TMT) başlayıb. İki gün öncə (15 aprel) Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında startı verilən hazırlıq prosesinə 26 güləşçi cəlb edilib. TMT-ya aprelin 27-də yekun vurulacaq.
Sərbəst güləşçilərin toplanışına gəlincə, "volniklər" böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər. Aprelin 13-dən başlayan və 26 güləşçinin cəlb edildiyi toplanış ayın 23-də yekunlaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.