Boksçularımız Nəzərova Aslanlı AÇ-nin finalına yüksəlib
Xorvatiyanın Porece şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatı artıq finisə yaxınlaşıb. Azərbaycan da daxil olmaqla 35 ölkəni təmsil edən 376 boksçunun mübarizə apardığı bu çempionatda dünən yarımfinal qarşılaşmaları keçirilib və bununla da finalçılar müəyyənləşib. Qeyd edək ki, sözügedən turnirə üçü zərif cinsdən olmaqla 11 idmançı ilə qatılan Azərbaycan komandasının iki üzvü də finalçılar arasında yer alıb. Bunlardan Bilalhabaşi Nəzərov (48 kq) finala çıxışda ispaniyalı Frihah İsmael Maraounu 5:0 (30:27, 30:26, 30:27, 29:29, 30:27) hesabla məğlubiyyətə uğradıb.
Digər finalçımız - Ömər Aslanlı (54 kq) isə yarımfinalda Bolqarıstan təmsilçisi Atansa Dinkovu eyni hesabla üstələyib - 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25).
Qeyd edək ki, hər iki boksçumuz finala yüksəlməklə ən azından çempionatın gümüş medalını özünə təmin edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.