Birinci dövrəyə sülhlə başlayan Abbasov dövrəni sülhlə də bitirib
Kanadanın paytaxtı Torontoda azərbaycanlı qrossmeyster Nicat Abbasov da daxil olmaqla, planetin ən yaxşı 8 şahmatçısınin mübarizə apardığı və Dünya Şahmat Tacının final matçına seçmə xarakteri daşıyan iddiaçılar turnirində baş tutan 7-ci turla birinci dövrəyə yekun vurulub. Hesabat turunda hindistanlı Vidit Santoş ilə qarşılaşan Abbasov bu dəfə də sülh bağlamaqla rəqiblə xal bölüb. Bununla da birinci dövrəyə sülhlə başlayan Abbasov dövrəni sülhlə də bitirib. Beləliklə də ilk dövrədə keçirdiyi 7 görüşün 4-də heç-heçə edib, 3-də məqlub olan şahmatçımız 2 xalla dövrənin autsayderi olub. Xatırladaq ki, Yan Nepomniyaşiy (Rusiya), Xikaru Nakamura (ABŞ), Əlireza Firuzca (Fransa) və Santoşla sülh bağlayan Abbasov, Fabiano Karuana (ABŞ), Qukeş Dommaracu (Hindistan) və Romesbabu Praqnanandxa (Hindistan) ilə oyunda məqlub olub.
Birinci dövrədən sonra (7 tur) şahmatçıların turnir cədvəlində vəziyyət belədir:
Nepomniyaşiy - 4 xal, Qukeş, Karuana, Praqnanandxa - hərəyə 3,5 xal, Nakamura, Santoş - hərəyə 2,5 xal, Abbasov - 2 xal.
Qeyd: İddiaçılar turnirinin qalibi finala yüksələrək Dünya Şahmat Tacı uqrunda hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) qarşılaşacaq.
Xatırladaq ki, mükafat fondu 930 min manat təşkil edən iddiaçılar turnirinin qalibi 67 min, ikinci yerin sahibi 45, üçüncü yeri tutan isə 36 min manata sahib olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.