Nicat Abbasov bir daha büdrəyib
Kanadanın paytaxtı Torontoda şahmat üzrə keçirilən və Dünya Şahmat Tacı uğrunda final matçına seçmə xarakteri daşıyan iddiaçılar turnirində birinci dövrənin partiyaları davam edir. Azərbaycan şahmatçısı Nicat Abbasov da daxil olmaqla planetin ən yaxşı 8 qrossmeysterinin mübarizə apardığı və mükafat fondu 930 min manat olmaqla dairəvi sistem üzrə keçirilən bəlli turnirdə bu gün 5-ci turun görüşləri keçirilib. Azərbaycanlı şahmatçı hesabat turunda hindistanlı Qukeş Dommaracu ilə qarşılaşıb. Təəssüflər olsun ki, Abbasov bu oyunda da büdrəyərək turnirdə ikinci dəfə məğlubiyyətə uğrayıb.
Xatırladaq ki, şahmatçımız startda Yan Nepomniyaşıi (Rusiya) ilə heç-heçədən sonra ABŞ təmsilçisi Fabiano Karunaya uduzmuş və bunun ardından Xikaru Nakamura (ABŞ) və Əlireza Firuzca (Fransa) ilə sülh bağlamışdı. Yeri gəlmişkən, Abbasov 6-cı turda isə Romeşbabu Praqnanandxa (Hindistan) ilə qarşılaşacaq.
5-ci turun digər oyunlarına gəlincə, nəticə belədir:
Rameşbabu Praqnanandxa (Hindistan) - Yan Nepomniyaşiy (Rusiya) - 0,5:0,5
Əlireza Firuzca (Fransa) - Хikaru Nakamura (ABŞ) - 0:1
Vidut Santoş (Hindistan) – Fabiano Karuano (ABŞ) - 0,5:0,5
Şahmatçıların turnir cədvəli: Nepomniyaşiy, Qekuş – hərəyə 3,5 xal, Каruana – 3, Praqnanandxa, Nakamura – hərəyə 2,5, Vidit – 2, Аbbasov, Firuzca – hərəyə 1,5.
Qeyd: İddiaçılar turnirin qalibi 90 min manat mükafat qazanmaqla yanaşı sonda hazırki dünya çempionu Dinq Lirenlə (Çin) çempionluq yarışına çaşlayacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.