Kişi şahmatçıların Azərbaycan çempionatı başlayır
Sabah kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək. Mükafat fondu 30 min manat olan çempionatda 20 zəka sahibi İsveçrə sistemi üzrə olmaqla 9 turda mübarizə aparacaq. Qeyd edək ki, ötənilki çempion Vasif Durarbəyli, eləcə də Rauf Məmmədov və Qədir Hüseynov kimi şahmatçıların qatılmayacağı çempionatın reytinq-favoriti Aydın Süleymanlıdır (2607 reytinq xalı).
Qaydalara görə 9 turdan sonra ilk 4 yeri tutan şahmatçılar mübarizəni yarımfinaldan davam etdirəcəklər. Yarımfinalda 2 qələbə qazanan şahmatçı finala yüksələcək. Finalda qalib gələn və çempion adını qazanan isə 12 min manat mükafat da qazanacaq. Yarımfinalda uduzan şahmatçılar isə üçüncü yer uğrunda görüş keçirəcəklər.
Qeyd edək ki, Gənclər və İdmn Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.