"Azərreyl" son turda "Murov"u məğlub edib
Bu gün kişi voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasinda növbəti turun oyunları keçirilib və bununla da 6 dövrədən ibarət olan müntəzəm çempionatın birinci mərhələsi başa çatıb.
Bakı Voleybol Mərkəzində təşkil edilən oyunlarda əvvəlcə çempionatın vahid lideri "Azərreyl" ilə onun ən yaxın təqibçisi olan "Murov Az Terminal" qarşılaşıb. Oyun liderin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Eyni məkanda baş tutan ikinci oyunda isə "Neftçi" MOİK-i sınağa çəkib. Burada isə "Neftçi " quru hesablı qələbə qazanıb - 3:0.
Bu oyunlardan sonra yarış cədvəlində vəziyyət belə olub:
Azərreyl - 50 xal, Murov - 43, Neftçi - 28, Xarı Bülbül Şuşa - 16, Xarı Bülbül Laçın - 4, MOİK-0.
Çempionatın reqlamentinə görə, ikinci mərhələdə (yarımfinalda) lider "Azərreyl " MOİK-lə, "Murov " isə "Neftçi " ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.