Beş güləşçi döşək üzərinə çıxıb, beşi də lisenziya qazanıb
Bununla da Azərbaycanın aktivindəki lesenziyaların sayı 16-ya çatıb
Aprelin 5-də Bakıda start götürən güləş üzrə Avropa Olimpiya Təsnifatli turnirə bu gün sərbəst güləşçilərin çıxışı ilə yekun vurulub. Turnirin ilk iki günündən fərqli olaraq, son günü yarışlara ev sahibliyi edən Azərbaycan üçün uğurlu olub. Belə bu ilin yayında Parisdə (Fransa) keçiriləcək Olimpiada-2024-ə lisenziya verən turnirin son günündə sərbəst güləşçilərin yarışına qatılan 5 güləşçimizin hamısı qarşıya qoyulan vəzifəni yerinə yetirməklə hədəfə nail olub. Qeyd edək ki, beşlikdə yer alan Əliabbas Rzazadə (57 kq), 3 qat dünya çempionu Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) turnirin reqlamentinə uyğun olaraq, öz çəkisində finala yüksəlməklə Olimpiada-2024-ə lisenziya qazanıb.
Bununla da sərbəst güləşçilərimizin qazandıqları lisenziyanın sayı 6-ya, Azərbaycanın qazandıqlarının ümumi sayı isə 16-ya çatıb.
Xatırladaq ki, bunlardan öncə sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) lisenziyanə özünə təmin etmişdi.
Klassiklərdə isə Həsrət Cəfərovla (67 kq) Sənan Süleymanov (77 kq) eyni uğura imza atmışdı.
Beləliklə də 5-7 aprel günlərində paytaxtımızda güləş üzrə keçirilən Avropa Olimpiya Təsnifatli Baki-2024 turniri Azərbaycanın 5 lisenziya qazanması ilə başa çatıb .
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.