Cüdoçumuz Aytac Qardaşxanlı Avropa Kubokunda üçüncü olub
Azərbaycanın qadın cüdoçulardan ibarət yığma komandası Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun ilk günü 1 bürünc medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 6 apreldə Dubrovnikdə startı verilən Avropa Kubokunun ilk günündə ölkəmiz 3 çəkidə 3 cüdoçu ilə təmsil olunub. Triomuzdan isə -63 kq çəkidə tatamiyə çıxan Aytac Qardaşxanlı çıxışını 3-cü pillədə bitirməklə bürünc medala sahib olub.
Həmin gün -48 kq. çəkidə çıxış edən Ramilə Əliyeva isə bürünc medal uğrunda görüşdə büdrəyərək yalnız 5-ci yeri tutub.
Xatırladaq ki, iki gün keçirilən turnirdə Azərbaycan da daxil olmaqla 29 ölkədən 375 idmançı mübarizə aparır. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.