Nicat Abbasov Xikaru Nakamurayla da sülh bağlayıb
Kanadanın paytaxtı Torontoda Dünya Şahmat Tacı uğrunda keçirilən və azərbaycanlı qrossmeyster Nicat Abbasovun da iştirak etdiyi iddiaçılar turniri davam edir. Planetin ən yaxşı 8 şahmatçısının dairəvi sistem üzrə olmaqla iki dövrədə mübarizə aparacağı turnirdə ilk dövrənin 3-cü turu da arxada qalıb. Qeyd edək ki, startda rusiyalı Yan Nepomniyaşi ilə sülh bağlayandan sonra ikinci turda ABŞ təmsilçisi Fabiano Karuanaya uduzan Abbasov üçüncü hesabat turunda isə digər amerikalı zəka sahibi olan Xikaru Nakamura ilə heç-heçə oynamaqla aktivinə yenə də 0,5 xal yazdırıb.
3-cü turun digər oyunları belə nəticələnib:
Əlireza Firuzca (Fransa) - Fabiano Karuna (ABŞ) - 0,5:0,5
Vidit Santoş (Hindistan) - Rameşbabu Praqnandxa (Hindistan) - 0:1
Qukeş Dommaracu (Hindistan) – Yan Nepomniyaşi (FİDE) - 0,5:0,5.
İlk üç turdan sonra yarış cədvəlində vəziyyət belədir: Karuana, Qukeş, Nepomniyaşiy - hərəyə 2 xal, Vidit, Rameşbabu - hərəyə 1,5 xal, Firucza, Nakamura, Abbasov - hərəyə 1 xal.
Qeyd edək ki, mükafat fondu 930 min manat təşkil edən turnirin qalibi 90 min manat mükafat qazanmaqla yanaşı, həm də hazırki dünya çempionu Dinq Lirenlə (Çin) çempionluq uğrunda qarşlaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.