Qadın həndbol millimiz AÇ-2024-ün seçmələrində son matçına çıxacaq
Bu gün qadın həndbolçulardan ibarət yığmalar arasında Avro-2024-ün seçmə oyunları çərçivəsində son turun oyunlarə keçiriləcək. Seçmələrin 5-ci qruprnda yer alan Azərbaycan komandası son tur çərçivəsində İspaniyada yerli komandanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Xatırladaq ki, Azərbaycan millisinin qrupda keçirdiyi əvvəlki oyunlarda nəticələr belə olub:
Şimali Makedoniya - Azərvaycan - 40:17;
Azərbaycan - İspaniya - 18:38;
Azərbaycan - Litva - 35:33;
Litva - Azərbaycan - 41:26;
Azərbaycan - Şimali Makedoniya - 22:37.
Komandaların turnir cədvəlindəki vəziyyəti belədir:
İspaniya - 10 xal. Ş.Makedoniya - 6, Litva, Azərbaycan - hərəyə 2 xal.
Qeyd: İlk dəfə olaraq Avropa çempionatının finalında 24 komanda iştirak edəcək. Bura ev sahibləri - Macarıstan, Avstriya və İsveçrə ilə yanaşı, 8 seçmə qrupda ilk iki yeri tutan komandalar və eləcə də qruplarda 3-cü yeri tutan ən yaxşı 4 milli daxildir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.