Boks üzrə millimizin AÇ-2024-ə gedəcək heyəti müəyyənləşib
12-29 aprel günlərində Serbiyanın paytaxtı Belqradda kişilər arasında boks üzrə növbəti Avropa çempionatı keçiriləcək. Artıq Azərbaycan millisinin məşqçilər korpusu çempionata qatılacaq 13 dəri əlcək ustasını müəyyənləşdirib. Heyətdə aşağıda adları çəkilən boksçular yer alıblar: Həsən Məlikov (48 kq), Мəsud Yusifzadə (51 kq), Аmin Мəmmədzadə (54 kq), Samil Əsgərov (57 kq), Таyfur Əliyev (60 kq), Маlik Həsənov (63,5 kq), Нəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Каmran Şahsuvarlı (75 kq), Мurad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Аlfonso Доminqes (92 kq) və Маqomed Аbdullayev (+92 kq).
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, hazırda yığmamız böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sofiyada (Bolqarıstan) təlim-məşq toplanışındadır. Toplanış qarşıdakı Avropa çempionatına və Dünya Olimpiya Təsnifatlı turnirə hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.