İddiaçılar turniri davam edir
Nicat Abbasov ikinci turda büdrəyib
Kanadanın paytaxtı Torontoda Dünya Şahmat Tacı uğrunda keçirilən və Azərbaycan təmsilçisi Nicat Abbasovla birlikdə 8 zəka sahibinin dairəvi sistem üzrə iki dövrdə mübarizə apardığı iddiaçılar turniri davam edir. Qeyd edək ki, mükafat fondu 930.000 manat təşkil edən turnirin ikinci turunda Abbasov ABŞ təmsilçisi və turnirin reytinq favoriti olan Fabiano Karuana ilə qarşılaşıb.
Təəssüflər olsun ki, ilk turda rusiyalı Yan Nipomniyaşi ilə sülh bağlayaraq 0,5 xal qazanan Nicat Karunaya uduzaraq ilk dəfə qatıldığı turnirdə birinci məğlubiyyətini alıb.
Şahmatçımız üçüncü tur çərçivəsində isə ABŞ-in digər təmsilçisi olan Xikaru Nakamura ilə üzləşəcək.
Turnirin qalibi finala yüksələrək hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) çempionluq uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.