Bakı-2024 turnirində qadınlar mübarizəyə başlayıb
Azərbaycan təmsilçiləri hələki qələbə qazana bilməyiblər
Aprelin 5-də Bakıdakı Milli Gimnastika Arenasında start götürən güləş üzrə Avropa Olimpiya Təsnifatli turnir davam edir. Qeyd edək ki, ilk günü klassiklərin mübarizə apardiqi turnirin bu günə təsadüf edən ikinci günü meydan zərif cinsdən olan güləşçilərin ixtiyarına verilib. Bu növdə ölkəmiz beş güləşçi ilə təmsil olunur.
Artıq təsnifat yarışları başlayıb və üç təmsilçimiz - Eliş Manolova (68 kq), Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) döşək üzərinə çıxıb. Təəssüflər olsun ki, hər üç təmsilçimiz elə start görüşündə də məqlub olaraq, turnirlə erkən vidalaşıb.
Daha iki güləşçimiz - 11 qat Avropa çempionu Mariya Stadnik (50 kq) və Jalə Əliyeva (57 kq) mübarizə aparacaq.
Xatırladaq ki, hər çəkidə ilk iki yeri (finalçılar) tutan güləşçilər Parisdə (Fransa) keçiriləcək Olimpiada-2024-ə lisenziya qazanacaq.
Yeri gəlmişkən, dünən yunan-Roma üzrə güləşçilərin yarışına qatılan 4 təmsilçimizin hamısı fiaskoya uqrayib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.