Nicat Abbasov iddiaçılar turnirinə sülhlə başlayıb
Dünən Kanadanın paytaxtı Torontoda Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turnirinə start verilib. Azərbaycan şahmatçısı Nicat Abbasov da daxil olmaqla turnirdə 8 zəka sahibi dairəvi sistem üzrə iki dövrdə mübarizə aparacaq.
Abbasov ilk turda rusiyalı Yan Nipomniyasi ilə qarşılaşıb. Görüş sülh şəraitində bitincə tərəflər hərəyə 0,5 xal qazanıb.
Turnirdə bunlarla yanaşı, Fabiano Karuana, Xikaru Nakamura (hər ikisi ABŞ), Alireza Firuzca (Fransa), Qukeş Dommaracu, Romesbabu Praqnandxa və Vidit Santoş ( üçü də Hindistan) mübarizə aparır.
Bu turnirin qalibi finala yüksələrək hazırkı dünya çempionu Dinq Lirenlə (Çin)! çempionluq uğrunda mübarizə aparacaq.
Mükafata gəlincə, ümumi məbləği 930 min olan puldan 90 mini qalibə, 67 mini ikinci, 45 mini isə üçüncü yeri tutana veriləcək. Bununla yanaşı, hər 0,5 xala görə şahmatçı 6500 manat əldə edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.