Yeniyetmə cüdoçu qızların Avropa Kuboku keçiriləcək
6-7 aprel günlərində Çexiyanin Teplise şəhərində yeniyetmə qızlar arasında cüdo güləşi üzrə Avropa Kuboku keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz həmin yarışda 7 çəkidə 13 cüdoçu ilə təmsil olunacaq. Heyətdə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Nuranə Hacızadə, Günel Eyvazlı (hər ikisi 48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova, Samaya Yusifli, Aliyə Rüstəmova (hamısı 52 kq), Aytən Verdiyeva, Nilgün Rzayeva (hər ikisi 57 kq), Mələk Bayramlı, Fidan Cəlilova ( hər ikisi 63 kq) və Rəna Əhmədova (70 kq) yer alıb.
Ümumiyyətlə, iki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 32 ölkədən 627 cüdoçu mübarizə aparacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.