Kənd təsərrüfatı nazirinin müavini Masallıda
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb.
2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova martın 29-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Lənkəran, Göygöl, Yardımlı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən dövlət dəstəyi tədbirləri, texnikalarla təmin olunma, aqrotexniki tədbirlər və digər məsələlərlə bağlı olub.
Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb.
Daha sonra nazir müavini Masallı rayonunun Köhnə Alvadı kəndində fermer Əbdül İsmayılov və Cəsarət Əzizovun çiyələk təsərrüfatlarında aqrotexniki tədbirlərlə tanış olub. Həmçinin rayonda soyuducu kameralara baş çəkib, fermerlərlə üzləşdikləri çətinliklərlə bağlı müzakirələr aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.