Biləsuvarda "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində ağacəkmə aksiyası keçirilib
Biləsuvar Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planı”na uyğun olaraq rayonda növbəti ağacəkmə aksiyası həyata keçirilib.
Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada İcra başçısı Faiq Qürbətov, aparatın kollektivi və Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının əməkdaşları iştirak ediblər.
Biləsuvar şəhər Mərkəzi Parkında keçirilən ağacəkmə kompaniyası zamanı şam ağacları əkilərək suvarılıb.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq bu il Biləsuvarın idarə, müəssisə və təşkilatları, ərazi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən şəhərdə və rayonun bütün kəndlərində müxtəlif növ dekorativ və meyvə ağacları əkilərək suvarılıb, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.
Rayonda "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində həyata keçiriləcək tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Ağaddin BABAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.