Ağcabədidə əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə konsert verilib +FOTO=10
Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yay mövsümü boyunca hər həftənin şənbə günləri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan silsilə konsert proqramlarının yekun tədbiri keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki,29 avqust 2026-cı il tarixində baş tutan tədbir çərçivəsində park ərazisində regional idarənin tabeliyində fəaliyyət göstərən kitabxana, eləcə də digər rayonların klub və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri və rəsm əsərlərindən ibarət geniş sərgi nümayiş olunub.
Konsert proqramında Ağcabədi rayonu ilə yanaşı, regional idarənin əhatə etdiyi digər rayonların musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti maraqlı musiqi nömrələri, rəngarəng ifalar və rəqs çıxışları ilə tamaşaçılar qarşısında çıxış ediblər.
Şəhər sakinlərinin və qonaqların böyük marağına səbəb olan yekun konsert proqramı tədbir iştirakçıları tərəfindən yüksək rəğbət və alqışlarla qarşılanıb.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.