Basketolçuların Azərbaycan Kubokunda 3-cü tura yekun vurulub
Bu gün "Sərhədçi" idman arenasında keçirilən daha iki oyunla kişi basketol klublarının mubarizə apardığı Azərbaycan Kubokunun qrup mərhələsində üçüncü tura yekun vurulub. İlk olaraq münasibətləri ayırd etmək üçün "Şəki" ilə "Sərhədçi" meydana çıxıb. Qarşılaşma ikincinin 11 xal fərqli üstünlüyü ilə başa çatıb - 81:92 (26:25, 17:25, 16:18, 24:34). Matçın ən yaxşı oyunçusu adına 25 xal toplayan Endar Poladxanlı ("Sərhədçi") layiq görülüb.
Tura "Sabah"-"Gəncə" oyunu ilə yekun vurulub. Görüş "Sabah" klubunun qələbəsi ilə bitib - 89:77 (26:17, 23:27, 24:19, 16:14). Bu oyunda isə hərəyə 20 xal toplayan Cəbrayıl Əkbərovla Troy Kraknell fərqlənib.
B qrupunda vəziyyət belədir:
Sərhədçi - 5 xal (3 oyun), NTD-İndiqo, Sabah - hərəyə - 4 (2), Şəki - 3(3), Gəncə - 2(2).
A qrupunda:
Xəzri, Neftçi - hərəyə 4 xal (2 oyun), Cəlılabad - 4(3), Xırdalan - 3(2), Sumqayıt - 3 (3).
Qruplarda növbəti turun oyunları 8-9 martda keçiriləcək. Reqlamentinə görə, qruplarda ilk iki yeri tutanlar mübarizəni 1/2 finaldan davam edəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.