Artyem Əliyev Xankəndi -Bakı yürüşün qalibi olub
Fevralın 29-da Xankəndidən startı verilən və beş mərhələdən ibarət olan Xankəndi - Bakı ultramarafonu bu gün sonuncu mərhələ ilə paytaxt Bakıda başa çatıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə "idman həftəsi" çərçivəsində "Qürurla irəli!" şüarı altında keçirilən bu yürüş Azərbaycan təmsilçisi Artyem Əliyevin qələbəsi ilə bitib. O, startdan finisə qədər 380 km məsafəni qət edib.
Ultutamarafon aşağıdakı beş mərhələdən ibarət olub:
1. Xankəndi - Yevlax (83 km);
2. Yevlax - Ucar (84 km);
3. Ucar - Hacıqabul (88 km);
4. Hacıqabul - Qobustan (70 km);
5. Qobustan - Bakı (55 km).
Xatırladaq ki, bu beş mərhələli ultramarafonda 89 atlet iştirak edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.