Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib
“İdman həftəsi” çərçivəsində martın 3-də dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 9 dövlət qurumundan 14 komanda (8 kişi, 6 qadın) mübarizə aparıb.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra yarışlara start verilib. Oyunlar olimpiya sistemi ilə keçirilib. Daha sonra yarımfinal və final görüşləri baş tutub. Yekun nəticələrə əsasən kişilər arasında Fövqəladə Hallar Nazirliyi birinci olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və AZAL komandaları layiq görülüblər. Qadınlar arasında isə SOCAR, Dövlət Gömrük Komitəsi və AZAL fərqləniblər.
Bağlanış mərasimində Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çıxış edərək mükafatçıları təbrik edib. Daha sonra qaliblər mükafatlandırılıb.
Dilavər Nəcəfov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.