"Böyük Dəbilqə"nin start günü cüdoçularımız üçün uğursuz olub
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə kişi və qadın cüdoçular arasinda reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start verilib. Azərbaycan da daxil olmaqla 68 ölkəni təmsil edən 495 (255 kişi, 240 qadın) tatami ustasının medallar uğrunda mübarizə apardığı turnirin start günü yığmamızın üzvləri üçün uğursuz olub. Belə ki, bu gün 4-ü qadın olmaqla tatamiyə çıxan 8 cüdoçumuzun hamısı birinci və ikinci görüşdə məğlub olaraq turnirlə erkən vidalaşıb. Start günü tatamiyə çıxan cüdoçularımızdan yalnız Gültac Məmmədəliyeva (52 kq) ikinci görüşdə uduzub. Digər təmsilçilərimizə gəlincə, kişilərin yarışında mübarizə aparan Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kq), İslam Rəhimov, Rəşid Yekiyev, qadınlar arasında isə Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) start görüşündəcə uduzaraq fiaskoya uğrayıb.
Qeyd: Hər çəki dərəcəsində ilk üç yeri tutan cüdoçu müvafiq olaraq aktivinə 1000, 700 və 500 reytinq xalı yazdırmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.