Dadaş Dadaşbəyli 3 qızılla Avropa çempionu olub
Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadınlar arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi ağır atletika üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan da daxil olmaqla 43 ölkəni təmsil edən 402 (202 kişi və 200 qadın) atletin mübarizə apardığı çempionatın son günü yiqmamiz üçün uğurlu olub. Belə ki, son gündə körpücük üzərinə çıxan Dadaş Dadaşbəyli (109 kq) həm birdən, həm təkanla qaldırmada, həm də iki hərəkətin cəmində bütün rəqiblərini geridə qoyaraq ikisi kiçik olmaqla, 3 qızıl medal qazanıb və mütləq Avropa çempionu olub.
Yeri gəlmişkən, birdən qaldırmada 176 kq, təkanla 212 kq ağırlığı ram edən Dadaşbəyli iki hərəkətin cəmində isə 388 kq nəticə göstərib.
Xatırladaq ki, bir gün öncə körpücük üzərinə çıxan Əli Şükürlü (102 kq) isə iki hərəkətin cəmində 361 (163+192) kq göstərici ilə çıxışını 8-ci pillədə başa vurub. Təəssüflər olsun ki, qitə çempionatına qatılan digər təmsilçilərimiz də cempionatla əliboş vidalaşıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.