QIR-SAQQIZ “MÜSAFİR”LƏR
— Sən o qəşəng canın, qara gözün, qara qaşın...
— Allah yolunda mənə nəzir ver.
—Allah sizi xoşbəxt eləsin!
— Xəstəyəm, mənə bir dərman pulu...
Hər gün dükan-bazarda, küçədə bu cür yalvarışlarla qabağına çıxan uşaq, qadın və qoca diləncilərə (əsasən uşaqlar) rast gəlmək olar. Bəzən lütf göstərib yardım etməyə çalışırsan. Evdən çıxanda ayırdığın sədəqə pulunu paylayanda adam lap avara qalır. Bilmirsən ki, bunlardan hansı həqiqətdə imkansız və xəstədir.
Hətta əl açıb dilənməyi özünə peşə seçənlər də var. Qaraçı “müsafir”lər kimi. “İanə”lərini verməsən “qır-saqqız” kimi qolundan, paltarından çəkib dartmaqdan da çəkinmirlər.
Yolun svetofor olan hissəsində bahalı maşınların qarşısına şığıyıb sürücüləri bezdirən qaraçılar pul almadan geri dönmürlər.
Deyilənə görə bu cür “uzaqdan idarə olunan” kölə dilənçilər “sahibkar”ları üçün çalışırlar. Qucağında uşaq yolun ortasında lövbər salan, cırıq, çirkli paltarda özünü “əsdirən”lərin arxasınca düşüb izləsən, axşam evə gedəndə tanımazsan.
Ə kişinin oğlu, nəzir-niyazı ehtiyacı olana çatdırmaq da müşkülə dönüb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.