Qadın boksçularımız Türkiyə toplanışında
Qadın boksçulardan ibarət Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində təlim-məşq toplanışına (TMT) qatılıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmanın bu toplanışı qarşıdakı Olimpiya Təsnifat Turnirlərinə hazırlıq xarakteri daşıyır.
Fevralın 11-də başlayan TMT-ə fevralın 25-də yekun vurulacaq. Məşqçilər İlkin Ağayevlə Viktoriya Rudenkonun rəhbərliyi altında davam edən toplanışa boksçulardan Anaxanım İsmayılova, Marjona Savriyeva (hər ikisi 50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb edilib.
Qeyd edək ki, Türkiyə, Mərakeş, Niderland, Qazaxıstan və Polşa yığmaları ilə birgə keçirilən hazırlıq prosesində boksçuların sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.