"Sabah" Kurtinayteslə ilk qələbəsini qazanıb
Bu gün kişi basketbol klublarının çıxış etdiyi ABL-da 13-cü tur çərçivəsində daha iki oyun keçirilib. Hər iki oyun "Sərhədçi" idman kompleksində baş tutub. İlk oyun ölkə çempionu adını daşıyan "Sabah"la "Sərhədçi" arasında keçirilib. Qeyd edək ki, yeni baş məşqçi Rimas Kurtinaytesin rəhbərliyi altında ilk matçına çıxan çempionumuz görüşü 25 xal fərqiylə öz xeyrinə bitirib - 71:96 (19:29, 19:22, 16:26, 17:19). Matçın ən yaxşı oyunçusu adına hərəyə 18 xal toplayan Artems Butyankovo və Desmond Kembic (hər ikisi "Sabah") layiq görülüb.
Yeri gəlmişkən, 2002-2006-cı illərdə Azərbaycanda işləyən litvalı mütəxəssis 18 ildən sonra yenidən bizim ölkəyə qayıdıb. O, həmin illərdə Bakının "Qala" klubunu və Azərbaycan yığmasını çalışdırıb.
Bu gün eyni məkanda keçirilən digər oyunda isə "Neftçi" "Sumqayıt"la qarşılaır. 19:30-da başlayan oyun davam edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.