BOKS
-------------
Yeniyetmə boksçularımız Qazaxıstan turnirindən 4 medalla dönüblər
Qazaxıstanın Karaqanda şəhərində yeniyetmə boksçular arasında keçirilən və Azərbaycan komandasının da qatıldığı beynəlxalq turnir başa çatıb. Azərbaycan da daxil olmaqıa 5 ölkəni təmsil edən 200 boksçunun mübarizə apardığı turniri yığmamız üçün uğurlu hesab etmək olar. Belə ki, boksçularımız Qazaxıstanda iki qızıl və eyni sayda gümüş əyarlı olmaqla 4 medal qazanıb. Qızıl medallar bütün döyüşlərini qələbə ilə bitirən Tamerlan Əlimzanovla (57 kq) İsmayıl Vəliyevin (75 kq) aktivinə yazılıb. Gümüş medalları isə yalnız həlledici finalda məğlubiyyətlə üzləşən Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) qazanıb.
Bir məqamı da qeyd edək ki, daha bir həmyerlimiz - referi Asif Məmmədovsa turnirin ən ədalətli hakimi adına layiq görülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.