Portuqaliya Qran-Prisinin son günü 3 təmsilçimiz tatamiyə çıxıb
Yanvarın 26-da Portuqaliyanın Odivelas şəhərində kişi və qadın cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi reytinq xarakterli Qran-Priyə bu gün yekun vurulacaq. İlk iki günündə Azərbaycan komandasının 4 (0-1-3) medal qazandığı bu turnirin bu günə təsadüf edən son günündə isə daha üç təmsilçimiz medallar uğrunda mübarizəyə qatılıb. Bu üçlükdə Vüqar Talıbov, Elcan Hacıyev ( hər ikisi 90 kq) və ən ağır çəkilmiz olan Uşanqi Kokuari (+100 kq) yer alıb.
Xatırladaq ki, ilk iki gündə qazanılan medallardan gümüş Yaşar Nəcəfovun (66 kq), burunclərsə Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq) və Səid Mollainin (81 kq) aktivinə yazılıb.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq aktivinə 700, 590 və 350 reytinq xalı yazdiracaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.