Şair və publisist Ramiz Qusarçaylı kitabxananın oxucularına yeni şeir təqdim etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair və publisist Ramiz Qusarçaylı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim etdi. Şair “Ələsgər” şeirini Azərbaycan aşıq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən aşıq Ələsgərə ithaf edib. Şeirdə müəllif onu Allah taxtından gələn işığa, kükrəyən, çağlayan ruha, o taylı, bu taylı Vətənin Göyçə dodağında aha bənzədir.
Ələsgər
Nə sazdı, nə sözdü, nə də aşıqdı,
Nə mağar, nə düyün, nə yaraşıqdı,
Allahın taxtından gələn işıqdı,
İşığın taxtında şahdı Ələsgər.
Hər beyti ayədi, hər sözü kəlam,
Açması önündə dilsizəm, lalam,
Sənətdə Peyğəmbər Əleyhissəlam,
Dəryada tufandı, Nuhdu Ələsgər.
Yerin pərdəsidi, göyün simləri,
Əritdi canında çox tilsimləri,
Dolaşır İlahi mərasimləri
Kükrəyən, çağlayan ruhdu Ələsgər.
Sehri çox mələklər ötən eşqinin,
Arazda, Samurda itən eşqinin,
O taylı, bu taylı Vətən eşqinin
Göyçə dodağında ahdı Ələsgər.
Kitablar bağlanıb Hürr savaşından,
Zirvələr dizinnən, bulud qaşından,
Adına pir tikin məhək daşından
SafAğdı, OdƏrdi, Bağdı Ələsgər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.