Qadın voleybol millimiz AÇ-da büdrəyib
Qadın voleybolçular arasında keçirilən və Azərbaycan da daxil olmaqla 4 ölkənin birgə ev sahibliyi etdiyi Avropa çempionatı (CEV Trendyol EuroVelloy 2026 Women) davam edir. Çempionatın Bakıda (Milli Gimnastika Arenası) keçirilən "C" qrupunda yer alan Azərbaycan millisi dünən 4-cü tur çərçivəsində Belçika yığması ilə qarşılaşıb. Görüş rəqibin quru hesablı qələbəsi ilə başa çatıb - 0:3 (19:25, 22:25, 23:25).
Qeyd edək ki, bu millimizin məğlubiyyətlə üzləşdiyi ilk oyun olub. Əvvəlki oyunlarda Azərbaycan millisi Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniya (3:2) üzərində qələbə qazanıb.
Dünən keçirilən digər oyunda isə Portuqaliya millisi İspaniya yığmasını məğlub edərək aktivinə ilk xallarını (3) yazdırıb.
Hazırda "C" qrupunda komandaların turnir cədvəli belədir:
Belçika - 11 xal, Hollandiya, Azərbaycan - hərəyə 8 xal, Portuqaliya - 3 xal, Rumıniya - 2 xal, İspaniya - 1 xal.
Sabah "C" qrupunda oyunlara yekun vurulacaq. Azərbaycan millisi son matçını həmin gün Hollandiyaya qarşı keçirəcək. Yerı gəlmişkən, reqlamentə görə, qruplarda (4 qrupun hamısında) ilk dörd yeri tutan komandalar AÇ-nın növbəti mərhələsinə yüksələcək.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.