Cəbrayılda traktor sürən bir kişi minaya düşdü
23 iyul 2026-cı ildə azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndində mina partlayışı baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin açıqlamasında bildirilib.
Cəbrayıl rayonunun Qumlaq kənd sakini Elşən Bəhlul oğlu Şamilovun minalanmamış ərazidə traktorla şum apararkən mina partlaması nəticəsində xəsarət aldığı bildirilib.
Cəbrayıl Rayon Prokurorluğu araşdırma aparır.
ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa, tanımadığı ərazilərə girməməyə və təhlükəli ərazilərin ətrafındakı hasarlama işlərinə müdaxilə etməməyə çağırır.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.