"Qarabağ" Avropa Liqası üçün heyətində dəyişikliklər edib
"Qarabağ" Futbol Klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində ÇSKA Sofiya ilə oyunlar üçün heyətini UEFA-ya təqdim edib.
İslandiya təmsilçisi Vestri ilə ilk tur oyunları üçün heyətə daxil olmayan Zhony Montiel və Jérémy Gnali növbəti dəfə kənarda qalıblar.
Bundan əlavə, müdafiəçi Dani Bolt heyətdən kənarlaşdırılıb. Onun yerinə yeni qapıçı Dominik Zlomisliç əcnəbi oyunçular siyahısına əlavə edilib.
"Qarabağ"ın ÇSKA Sofiya ilə oyunlar üçün heyəti:
Qapıçılar: Şahruddin Maqomedaliyev, Teymur Həsənov, Dominik Zlomisliç, Bilal Hacıyev, Mateuş Koçalski.
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, Aleksey Kaşuk, Cebrail Makretskis, Hikmət Cəbrailzadə, Pedro Bicalho, Əli Bəşirov, Samuel Lobato.
Hücumçular: Zakaria Savo, Musa Qurbanlı, Renaldo Cefas.
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu 23 iyulda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab oyunu isə bir həftə sonra Sofiyada keçiriləcək.
"Qarabağ" birinci təsnifat mərhələsində "Vestri"ni iki dəfə 3-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.












03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.