Pelenin 1958-ci il Dünya Kubokunun final forması təxminən 5 milyon dollara satıldı
Braziliyalı hücumçu Pelenin 1958-ci il Dünya Kuboku finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.
Bu barədə Sotheby's hərrac evinin mətbuat xidməti məlumat verib.
Həmin oyunda Pele iki qol vuraraq Braziliyanın ilk Dünya Kubokunu qazanmasına kömək edib. Finalda Braziliya evdə oynayan İsveçi 5-2 hesabı ilə məğlub edib. Daha sonra Pele ilk Dünya Kuboku titulunu qazanıb. Braziliyalı üç dəfə kuboku başı üzərinə qaldıraraq tarixdə bu nailiyyətə imza atan yeganə futbolçu olub.
Pele, İsveçə qarşı vurduğu qolla Dünya Kuboku finalında ən gənc qol vuran futbolçu oldu. O, 17 yaş 249 günlüyündə meydana çıxdı. Bu rekord hələ də onun əlindədir.
Bir formanın rekord qiyməti 9,3 milyon dollardır. 2022-ci ildə Argentina millisinin futbolçusu Dieqo Maradonanın 1986-cı il Dünya Kubokunun dörddəbir finalında İngiltərəyə qarşı iki qol vurduğu zaman geyindiyi forma bu məbləğə satıldı. Qollardan biri onun əli ilə vurulub.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.