Zidan Fransa millisinə rəhbərlik edəcək
Tanınmış insayder Fabrizio Romanonun sözlərinə görə, əfsanəvi fransız futbolçusu və "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan 2026-cı il Dünya Kubokundan sonra Fransa millisinin yeni baş məşqçisi olacaq.
Onun sözlərinə görə, millinin hazırkı məşqçisi Didye Deşam 19 iyulda keçiriləcək Dünya Kubokunda üçüncü yer uğrunda matçdan sonra vəzifəsindən ayrılacaq.
Romano sosial mediada yazıb: "Didye Deşamın Fransa millisinin baş məşqçisi kimi müddəti başa çatmaq üzrədir. Bu, sondur. Dünya Kubokunda üçüncü/dördüncü yer uğrunda son bir matç, sonra o, vidalaşacaq... və Zinəddin Zidan dövrü başlayacaq".
Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir. Bu müddət ərzində o, komandanı 2018-ci il Dünya Kubokunda qələbəyə aparıb, UEFA Millətlər Liqasını qazanıb və Fransa millisini iki Dünya Kubokunun finalına çıxarıb.
2026-cı il Dünya Kubokunda Fransa millisi yarımfinalda İspaniyaya 2-0 hesabı ilə məğlub olduqdan sonra turniri üçüncü yer uğrunda matçda başa vuracaq.
Zinəddin Zidan 2021-ci ildən bəri məşqçilikdən kənardadır. O, əvvəllər iki dəfə "Real Madrid"i çalışdırıb, ardıcıl üç dəfə Çempionlar Liqası və iki dəfə İspaniya çempionluğu qazanıb.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.